Bakı-Supsa kəmərindən neft oğurlayanlar yaxalanıb

Bakı-Supsa kəmərindən neft oğurlayanlar yaxalanıb

Gürcüstanın Daxili İşlər Nazirliyi konstitusiya təhlükəsizliyi departamentinin əməkdaşları oktyabrın 22-də Bakı-Supsa kəmərindən gizli yolla neft oğurlayan cinayətkar qrupun 5 üzvünü tutublar. SİA-nın məlumatına görə, milliyyətcə gürcü olan oğrular ilkin istintaq zamanı təqsirlərini etiraf ediblər. Cinayətkarlar gizli yolla kəmərə kran birləşdirərək 20 ton neft oğurlayıblar.

Hadisə ilə əlaqədar cinayət işi qaldırılıb. Onların günahı təsdiqlənərsə, hər birini 10 ilədək həbs cəzası gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə