"193 körpə erməni vandalları tərəfindən qətlə yetirilib" AÇIQLAMA

"193 körpə erməni vandalları tərəfindən qətlə yetirilib" AÇIQLAMA

"Bir sıra regionlarda müharibə alovlarının şiddətləndiyi indiki məqamda uşaqların münaqişələrdən qorunması, onların yaşamaq hüquqlarının müdafiəsi olduqca vacib, hətta taleyüklü məsələyə çevrilib. Əlbəttə, uşaqların qorunması bey­nəl­xalq hu­ma­ni­tar hü­qu­qun və in­san haq­la­rı­nın, xü­su­si­lə 1949-cu il Ce­nev­rə kon­ven­si­ya­la­rı­nın və ona 1 say­lı Əla­və­nin, həm­çi­nin, uşaq, elə­cə də in­san hü­quq­la­rı­nın mü­da­fiə­si və fun­da­men­tal azad­lıq­la­ra da­ir kon­ven­si­ya­la­rla təsbit edilib. Amma real nümunələrdən görürük ki, beynəlxalq hüquqi sənədlərdə təsbit olunmuş bu məsələlərə heç də əməl olunmur". Bunu SİA-ya açıqlamasında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyası çərçivəsində keçirilən müzakirələrdə çıxışı zamanı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova deyib.

Komitə sədri bildirib ki, biz Azərbaycan dövləti və xalqı olaraq bunu Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və xalqımıza qarşı həyata keçirdiyi soyqırımlarında canlı şəkildə yaşamışıq. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 193 azərbaycanlı körpə erməni vandalları tərəfindən qətlə yetirilib. 61 uşaq itkin düşüb, 27-si isə hələ də əsirlikdədir. 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, son dövrdə də 32 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 13-ü həlak olub, 19-u isə yaralanıb. Təkcə Xocalı soyqırımı nəticəsində qətlə yetirilən 613 nəfər dinc sakindən 63-ü uşaq, 106-sı qadın olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Xocalı hadisələri zamanı 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb.

"Təəssüf ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı aradan qalxmayınca bu uşaqlar ölümlərinin sayı artmaqdadır. Təkcə son bir neçə ildə, o cümlədən, Fa­riz Bə­də­lov, Şah­ma­lı­ye­va Ay­gün Zi­rəd­din qı­zı, Şah­ma­lı­ye­va El­na­rə Məm­məd­ta­ğı, Cə­fə­rov El­sə­vər Hə­sən oğ­lu və Şah­ma­lı­ye­va Ay­gün Zi­rəd­din qı­zı, Hə­sə­nov Şa­hin Arif oğ­lu Ermənistan dövlətinin qeyri-insanı, bütün beynəlxalq konvensiyalara zidd olan davranışlarının qurbanı olub.

Son olaraq ötən il 2 yaşlı Zəhra Quliyevanın ermənilər tərəfindən qətlə yetirilməsi Ermənistanın heç bir beynəlxalq hüquqi sənədlərə, eyni zamanda ən adi humanitar təşəbbüslərə məhəl qoymadığını, ən qəddar və qeyri-insani üsullar tətbiq edərək uçşaqları öldürməkdə davam etdiyini göstərir", - deyə millət vəkili Sahibə Qafarova qeyd edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə