Məzahir Pənahov: "İndiyədək qeydə alınan beynəlxalq müşahidəçilərin sayı 577-dir" - AÇIQLAMA
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda ilk olaraq səlahiyyətli nümayəndələrinin təsdiq edilməsi məsələsinə baxııb. MSK katibi Natiq Məmmədov Azərbaycan Sosial Demokrat Partiyasının təqdim etdiyi səlahiyyətli nümayəndələrinin qeydə alınması üçün əsasların olduğunu bildirib. MSK üzvlərinin səsverməsi ilə səlahiyyətli nümayəndələr qeydə alınıb.
İclasda həmçinin 2010-cu il noyabrın 7-nə təyin olunmuş Azərbaycan Milli Məclisinə seçkilərlə əlaqədar fərdi namizədlərdən, blok və partiyalardan namizədliyini irəli sürən şəxslərin 7 müraciətinə də baxılıb və müvafiq qərarlar qəbul olunub. Üç şikayət dairə seçki komissiyasına, 3-ü isə şikayətin verilməsi üçün qanunla müəyyən müəyyən edilmiş müddət bitdiyindən geri qaytarılıb. Bir müraciət isə təmin edilib.
Daha sonra çıxış edən MSK sədri Məzahir Pənahov qeyd edib ki, indiyədək qeydə alınan beynəlxalq müşahidəçilərin sayı 577-dir. Onlardan 317-nin Müstəqil Dövlətlər Birliyindən olan müşahidəçilərin olduğunu deyən MSK sədri bildirib ki, müşahidəçilərin 10-u Türk Ölkələrin Parlament Assambleyası, 51-i Avropa Şurası Parlament Assambleyası, 31-i isə ABŞ səfirliyi, 168-i ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu tərəfindən irəli sürülüb. M.Pənahov ümumilikdə 42 ölkə vətəndaşlarının parlament seçkilərini müşahidə edəcəyini söyləyib.
M.Pənahov indiyədək ölkə ərazində 1655, konkret seçki dairələrində isə 16415 nəfərin seçkiləri müşahidə aparmaq üçün müraciət etdiyini və bütün müraciətlərin müsbət cavablandırıldığını deyib. MSK sədri indiyə kimi ümumilikdə 18700 nəfərə yaxın müşahidəçinin qeydə alındığını deyib. Seçkiləri izləmək üçün istər xarici, istərsə də yerli kütləvi informasiya vasitələri üçün normal şəraitin yaradılacağın söyləyən MSK sədri "Röyters", "İhlas", "İTAR-TASS" informasiya agentliklərinin, "TRT" telekanalının Azərbaycan xidmətinin və bir sıra xarici KİV-lərin qeydiyyatdan keçdiyini diqqətə çatdırıb.
Seçki bülletenlərinin çapına başlanıldığını deyən MSK sədri ayın sonuna kimi bütün bülletenlərin çap olunaraq paylanılacağını vurğulayıb: "Gələn həftənin əvvəlindən Naxçıvan Muxtar Respublikasının ərazisində olan, eləcə də digər ucqar seçki dairələrinə seçki bülletenləri göndəriləcək. Bununla da iki proses eyni vaxtda baş verəcək. Həm bülletenlər çap olunacaq, həm də onlar paylanılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB