Prezident İlham Əliyev BP-nin baş icraçı direktoru ilə görüşüb FOTO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də Davosda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.
Görüşdə “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsini nəzərdə tutan müqavilənin uzadılmasının əhəmiyyəti vurğulandı. Bu il “Şahdəniz-2” yatağından ilk qazın hasil olunacağı, TANAP kəmərinin istismara veriləcəyi bildirildi.
Söhbət zamanı Azərbaycanda neft hasilatının perspektivləri ilə bağlı məsələlər müzakirə olundu.
Prezident İlham Əliyev Robert Dadlini Bakıya səfərə dəvət etdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB