“Prezidentin media azadlığı ilə bağlı söylədikləri çox ilgincdir” ŞƏRH
“Davos İqtisadi Forumu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün mühüm bir tribunadır. Prezident İlham Əliyev Forum çərçivəsindəki “Strateji perspektivlər: Avrasiya” adlı panel müzakirələrindəki məzmunlu çıxışı ilə Azərbaycanın dolğun mənzərəsini cıza bildi, ölkəmizin region və dünya üçün əhəmiyyətini anlada bildi”. Bunu SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin ölkəmizdə media, söz və ifadə azadlığının durumu ilə bağlı söylədiyi fikirlər də çox ilgincdir: “Əvvəla, Prezidentin nitqi ilə bütün dünya Azərbaycandakı söz və ifadə azadlığının durumu barədə geniş bilgi almış oldu. İkincisi isə, bəzi siyasi güclərin söz və ifadə azadlığı məsələsi üzərində siyasi manipulyasiyalar etdikləri açıq tekstlə qeyd edildi. Bəzi dünya güclərinin söz və ifadə azadlığı üzərində siyasi manipulyasiyalar etməsi faktı, əslində öz təsdiqini tapmış bir haldır. Bu, yaxın illərin gerçək mənzərəsidir. Amma bu həqiqəti yüksək tribunadan, açıq tekstlə söyləyən prezidentlərdən, bəlkə də birincisi, İlham Əliyevdir.
Ümid etmək olar ki, Prezident İlham Əliyevin bu çıxışından sonra digər dövlət başçıları da özlərində iradə taparaq, ifadə azadlığı üzərindən oynanılan oyunlar barədə fikirlərini səsləndirəcəklər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB