Ombudsmanın əmək haqqı artıb

Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik edilməsi barədə layihə müzakirə olunub.

Müzakirələr zamanı millət vəkilləri öz fikir və təkliflərini bildiriblər.

Qeyd edək ki, layihədə Ombudsmanın aylıq məvacibinin 1 320 manatdan 1 800 manata qaldırılması nəzərdə tutulub.

Müzakirələrdən sonra parlament Konstitusiya Qanununa dəyişikliyi qəbul edib.

Bütün xəbərlər Facebook səhifəmizdə