Milli Məclisin bu gün keçirilən iclasında 2011-ci ilin dövlət büdcəsi layihəsi 104 nəfər lehinə, 5 əleyhinə olmaqla təsdiqlənib. SİA-nın verdiyi xəbərə görə, hökumət deputatların təkliflərini nəzərə alaraq layihəyə bəzi düzəlişlər edib. Bu düzəlişlərə Milli Məclisə əlavə olaraq 440 min manat, Dövlət Baytarlıq Xidmətinə əlavə olaraq 500 min manat, Naxçıvan Muxtar Respublikasına dövlət büdcəsindən dotasiya olaraq əlavə 2,1 milyon manatın ayrılması daxildir.
Maliyyə naziri Samir Şərifov bildirib ki, bu dəyişikliklər büdcə xərclərinin artımına gətirib çıxarmayacaq: "2011-ci il dövlət büdcəsi ilə bağlı müzakirələrə səbəb olan bölmənin - əsas bölməyə aid edilməyən və sair xərclər köməkçi bölməsinin açıqlanmasını hökumət təmin edib".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB