Sarkisyan Fransadadır

Ermənistan prezidenti Serj Sarkisyan Fransaya işgüzar səfərə gedib. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, o, Fransa Senatının sədri Jerar Larşe, parlamentin aşağı palatası olan Milli Assambleyanın sədri Fransua de Rüji, eləcə də Fransa-Ermənistan parlament dostluq qrupunun üzvləri ilə görüşüb.

S.Sarkisyan yanvarın 23-də fransalı həmkarı Emmanuel Makronla görüşəcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə