“Zeytun budağı” əməliyyatına qarşı kirli oyunlar FOTOFAKTLAR

“Zeytun budağı” əməliyyatına qarşı kirli oyunlar FOTOFAKTLAR

“Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Afrində terror təşkilatı hədəflərinə istiqamətlənmiş “Zeytun budağı” hərbi əməliyyatı ilə bağlı sosial mediada başlanan iftira kampaniyası davam edir”. SİA xəbər verir ki, bu barədə fotofaktlarla Türkiyənin “Takvim” qəzetinin elektron versiyasında yazılıb.

Verilən ifşaedici fotolarla bağlı qeyd olunur ki, PYD/PKK və İŞİD-ə qarşı başladılan əməliyyatlar sırasında çəkildiyi iddia edilən 4 fotoşəklin arxasından əsl gerçəklik ortaya çıxıb. Yəni, terrorçular artıq footomanipulyasiyalar edərək, beynəlxalq ictimaiyyətə yanlış informasiyalar ötürməyə cəhdlər edirlər.

“Twitter”də “TSQ-nə aid tanklar yandırıldı” iddiasıyla paylaşılan 2 fotoda yanmaqda olan tankın əslində 31 dekabr 2016-cı ildə Yəməndə çəkildiyi təsbit olunub.

Eyni iddia ilə külə çevrilmiş digər bir tankın yer aldığı şəkilin isə reallıqda 10 dekabr 2017-ci ildə yayımlanmış “ABŞ, Rusiya və Çinlə baş verəcək müharibədə uduza bilər” başlıqlı bir xəbər manşetində istifadə edilib.

O cümlədən, “Facebook”da “YPG-nin TSQ əsgərlərini yaraladığı” iddiasıyla paylaşılan səhifədəki şəkil 22 dekabr 2017-ci ildə Manisada çəkilib. Oradakı əsgərin qidadan zəhərləndiyi bildirilir.

Yenə də “Twitter”də “Afrində əsir alınan türk əsgərləri” iddiasıyla paylaşılan fotoşəklin 23 fevral 2015-ci ildə “Suriyalı müxaliflət Hizbullah xüsusi təyinatlılarını ələ keçirdi” başlıqlı xəbərdən götürülmüş şəkildir.

“Takvim”ə görə, dünən də “Zeytun budağı” əməliyyatına kölgə salmağa cəhd edilmiş 3 fotoşəklin adıçəkilən əməliyyatla əlaqəli deyil. “Fərqli hadisələrə aid şəkillərin sosial mediaya servis edən istifadəçilərin bir qismi hesablarını bağlayıb, bir qismi isə hesablarını dondurub”-deyə türk nəşri yazır.

Nəşr sonda qeyd edir ki, terrorçular guya mülki əhalinin hədəfə alınması ilə bağlı BMT-də iddialar qaldırmağa çalışırlar və bu yöndə sosial mediada onlara müəyyən qüvvələr təlimatlar verir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə