Bu gün seçki bülletenlərinin çapına başlanılacaq

Bu gün seçki bülletenlərinin çapına başlanılacaq

Bu gündən parlament seçkilərində istifadə olunmaq üçün seçki bülletenlərinin çapına başlanılacaq. Bülletenlər qanunvericiliyə əsasən, seçicilərin sayından 3% artıq çap olunacaq. Bu isə 5 096 574 bülleten deməkdir. Bülletenlər Milli Məclis Aparatının mətbəəsində çap olunacaq.

 

Qeyd edək ki, bülletendə namizədlərin ad-soyadları əlifba sırası ilə sıralanacaq. Siyasi partiya və blokların namizədlərinin adının qarşısında onun təmsil olunduğu partiya və ya seçki blokunun adı və emblemi də olacaq. Bülletenlərdə hər namizədin adının qarşısında səs vermək üçün kvadrat yerləşdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə