Nalbandyan həmsədrlərlə nəyi müzakirə edib?

Nalbandyan həmsədrlərlə nəyi müzakirə edib?

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupu həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovla (Rusiya) görüşüb. SİA-nın Ermənistan Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də qatılıb.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həli istiqamətində danışıqlar prosesi müzakirə edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə