Qətər əmiri Türkiyəyə gedəcək

Qətər əmiri Türkiyəyə gedəcək

Qətər əmiri şeyx Tamim bin Həməd əl-Tani Türkiyəyə səfər edəcək. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, səfər bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında baş tutacaq.

Səfər bir gün davam edəcək. Səfər çərçivəsində tərəflər regional məsələləri, eləcə də ikitərəfli münasibətlərin möhkəmləndirilməsini müzakirə edəcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə