“2018-ci il ümumilikdə həm Azərbaycan, həm də beynəlxalq siyasət üçün maraqlı il olacaq. Bu il Azərbaycanda prezident seçkiləri, eyni zamanda bir sıra mühüm proseslər baş verəcək”. Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Cari ilin gözləntiləri haqqında fikirlərini söyləyən politoloq bildirib ki, 2018-ci ildə mühüm iqtisadi layihələrin reallaşması gözlənilir: “Belə ki, TANAP layihəsi bu il yekun mərhələsinə daxil olacaq. Artıq Bakı-Tblisi-Qars dəmiryolu tam şəkildə istifadəyə veriləcək”.
İ. Vəlizadə söyləyib ki, bu il Xəzərin statusunun təyin edilməsi baxımında da mühümdür: “ Bildiyiniz kimi cari ildə Astanada Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti keçiriləcək. Bu sammitdə Xəzər dənizinin siyasi və hüquqi statusuna dair sənədin qəbul ediləcəyi gözlənilir”.
Dağlıq Qarabağ münaqişəsinə toxunan politoloq vurğulayıb ki, bu il problemin həlli ilə bağlı da müsbət hadisələrlə yadda qala bilər: “Azərbaycan tərəfi danışıqlar prosesində ATƏT-in Minsk qrupu - müşahidəçilər missiyasının fəaliyyətinin gücləndirilməsi təklifi ilə razılaşıb, eyni zamanda bu razılaşmanın ikinci bəndinə əsasən, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və qaçqınların qaytarılması məsələsi əsas müzakirə məsələsi olacaq”.
Politoloqun sözlərinə görə, əgər bu mövzu 2018-ci ildə danışıq prosesinin mərkəzi olsa və əhəmiyyətli dərəcədə müzakirə edilsə, o zaman cari ildə problemin həlli ilə bağlı müsbət nəcitə əldə etmək olar: “Yox əgər məsələ müzakirə edilməsə və ya hər hansı müsbət addım atılmasa, o zaman Azərbaycan tərəfi dəyişən reallıqlara uyğun hərəkət etmək hüququnu özündə saxlayacaq”.
İ. Vəlizadənin fikrincə, 2018-ci il regionda geosiyasi proseslərin inkişafı baxımından da çox önəmli olacaq: “Misal üçün bu il İŞİD-siz ilk il olacaq. Düzdür, terror təşkilatı hanısa şəkidə fəaliyyət göstərəcək amma artıq geniş masştabda deyil. Bunun özü müsbət haldır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB