Ukrayna Venesuelada neft və qaz hasilatına başlayacaq

Ukrayna Venesuelada neft və qaz hasilatına başlayacaq

Ukrayna Venesuela ərazisində karbohidrogen xammalı hasil edəcəkdir. SİA-nın məlumatına görə, Ukrayna Prezidenti Viktor Yanukoviç bu barədə oktyabrın 18-də Venesuela Prezidenti Uqo Çaves ilə Kiyevdə aparılmış ikitərəfli danışıqların yekunlarına həsr edilmiş birgə mətbuat konfrasında məlumat verib.

Ukrayna dövlətinin başçısı bildirib ki, prezident Çaveslə razılıq əldə olunub ki, Ukrayna Venesuela ərazisində neft və qaz hasilatına başlayacaqdır.

O qeyd edib ki, bu məsələ Ukrayna-Venesuela münasibətləri baxımından prioritet məsələlərdən biri olacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə