Prezident İlham Əliyev Niderland Krallığının Baş nazirini təbrik edib

Prezident İlham Əliyev Niderland Krallığının Baş nazirini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Niderland Krallığının Baş naziri Mark Ryutteyə təbrik ünvanlayıb.

SİA-nın məlumatına görə, təbrikdə deyilir: "Hörmətli cənab Baş nazir,

Niderland Krallığının Baş naziri vəzifəsinə təyin edilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan-Niderland dövlətlərarası münasibətləri, çoxşaxəli dostluq və əməkdaşlıq əlaqələrimiz xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Niderland xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə