Erməni mətbuatı: "Rusiya Dağlıq Qarabağ münaqişəsini alovlandırır"
Moskvanın Dağlıq Qarabağ münaqişəsinə dair reaksiyası utandırıcıdır. Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində rəsmi vasitəçi, ATƏT-in Minsk qrupunun həmsədridir, lakin eyni zamanda Ermənistan tərəfinin çoxsaylı müraciətləri və bu ölkəyə qarşı öhdəliklərinə baxmayaraq, Azərbaycanı silahla təchiz edir. Moskva bu addımına "Azərbaycan əgər Rusiya satmazsa, başqasından silah alacaq" arqumentini gətirir. SİA bu barədə erməni mətbuatında yazılanlara istinadən xəbər verir.
Birincisi, üçüncü ölkələrdə belə silahlar yoxdur və onların bu cür davranışı həm beynəlxalq təşkilatlar, həm də Moskvaya təsirini göstərə bilər. Bu gözlənilməz davranışı ilə qlobal kontekstə qarşı qlobal təhlükəsizliyə meydan oxuyan Rusiyadır, deyə yazıda bildirilir.
Erməni mətbuatı yazır: "Karasinin məntiqinə görə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin alovlanmasına kömək edir. Əslinə qalsa, Rusiyanın Baş nazirinin müavini Dmitri Roqozinin aprel müharibəsi dövründə Rusiyanın Azərbaycanın silahlandıracağı ilə bağlı fikirlərini xatırlasaq, bu məntiqin düz olduğunu anlayarıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB