İran Türkiyəni qazsız qoydu

İran Türkiyəyə təbii qazın nəqlini müvəqqəti dayandırıb. SİA-nın "Habertürk"-ə istinadən verdiyi xəbərə əsasən, Türkiyə-İran sərhədində yerləşən qaz kəmərində aparılan təmir-bərpa işlərinə görə, İran tərəfi təbii qazın verilişində məhdudiyyətlər tətbiq edir.

 

İran Milli Qaz Şirkətinin direktoru Həsən Torbati Monatzeri isə yaranan vəziyyətlə əlaqədar jurnalistlərə açıqlamasında bildirib ki, bu səhərdən etibarən bəzi təmir işləri ilə əlaqədar Türkiyəyə qazın nəqli dayandırılıb. Qaz verilişinin yaxın vaxtlarda bərpa olunacağını bildirən İran Milli Qaz Şirkətinin direktoru dəqiq tarixi açıqlamayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə