Politoloq: “Türkmənistan dövləti tədbirlərdən uzaq qaçır” AÇIQLAMA

Politoloq: “Türkmənistan dövləti tədbirlərdən uzaq qaçır” AÇIQLAMA

“MDB dövlət başçılarının Moskvada keçirilən qeyri-rəsmi görüşündə Türkmənistan dövlət başçısından başqa hər kəs iştirak edib. Türkmənistan bildiyiniz kimi neytral, hər kəsdən ayrı bir siyasət yürütməkdədir. Hətta, regionda seremonial mahiyyət daşıyan müxtəlif tədbirlərdən də uzaq qaçırlar”. Bunu SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Moskvada toplantı çərçivəsində bir sıra ikitərəfli qısa görüşlər keçirməsi istisna deyil: “Dövlət başçısı Rusiya-Azərbaycan münasibətlərində toxunaraq ikitərəfli münasibətləri yüksək qiymətləndirdi. Hesab edirəm ki, Rusiyada mart ayında baş tutacaq prezident seçkiləri Azərbaycan üçün vacibdir. Rusiya-Azərbaycan münasibətləri Putinin dönəmində artan xətt üzrə inkişaf etməyə başlayıb. Düzdür Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Rusiyanın fəal şəkildə Ermənistana təzyiq etməməsi və Rusiyanın siyasi elitasının daxilində ermənipərəst qüvvələrin iki ölkə əlaqələrinə xələl gətirmək istəmələri kimi hallar da mövcuddur. Son misal kimi Rusiya Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycana təklif olunan səfiri göstərə bilərik. Açıq-aşkar şəkildə bəzən rəsmi Bakıya qarşı təxribatlar baş verir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə