Xalq-Prezident birliyinin təzahürü SABİTLİK

Xalq-Prezident birliyinin təzahürü SABİTLİK

“Dövlət başçısı İlham Əliyev prezident olduğu ilk gündən hər bir azərbaycanlının prezidenti olacağı ilə bağlı bəyanatını layiqincə, yüksək səviyyədə yerinə yetirib. Bunu bütün xalq, dünya görür, müşahidə edir və təsdiqləyir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O bildirib ki, Cənab Prezident hər zaman təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasəti uğurla icra edərək Azərbaycanda bütün istiqamətlərdə sürətli inkişafa nail olub: "Bu gün ölkəmizdə elə bir sahə yoxdur ki, Prezident İlham Əliyevin diqqətindən kənarda qalsın. Görülən işlərin nəticəsidir ki, iqtisadiyyatımız şaxələnir, ordumuz daha da güclənir, Xalq-Prezident birliyi yaradılıb, ölkəmizdə sabitlik, stabillik hökm sürür, Azərbaycanın nüfuzu beynəlxalq aləmdə gündən-günə artır. Mədəniyyət, elm, humanitar, sosial, hərb və digər sahələrdə əldə olunan uğurların sayı durmadan artır. Regionlarımızın inkişafı, qaçqın və məcburi köçkünlərə göstərilən diqqət və qayğı göz önündədir. Təbii ki, bütün bunlar ölkə başçısının həyata keçirdiyi işlərin yalnız cüzi faizidir. Azərbaycan prezidenti torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində də mühüm işlər görür. Mən əminəm ki, biz Ali Baş Komandanın rəhbərliyi ilə tezliklə Dağlıq Qarabağı işğaldan azad edəcək, doğma yurd-yuvamıza qayıdacağıq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə