Prezident İlham Əliyev Yevlax şəhərindəki 1 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak edib

Prezident İlham Əliyev Yevlax şəhərindəki 1 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak edib

Prezident İlham Əliyev oktyabrın 14-də Yevlax şəhərində 1 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak edib. SİA-nın məlumatına görə, şəhər ictimaiyyətinin nümayəndələri və məktəbin pedaqoji kollektivi dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı hərarətlə qarşılayıblar.

Prezident İlham Əliyev məktəbin yeni binasının istifadəyə verilməsi münasibətilə onları təbrik etdi, uğurlar arzulayıb.

Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi, binada yaradılmış şəraitlə tanış olub.

Məlumat verilib ki, binanın tikintisinə 2009-cu ilin iyul ayında başlanmışdır. Binanın ümumi sahəsi 1192,2 kvadratmetrdir. Birinci mərtəbədə direktor, müəllimlər, qəbul, təsərrüfat otaqları, qarderob və iki sinif otağı, kitabxana, idman zalı, tibb məntəqəsi yerləşir. İkinci mərtəbə 9 sinif və 2 kompyuter otağı vardır. Üçüncü mərtəbə isə kimya, fizika kabinetləri, 2 labaratoriya otağı, 7 sinif otağı, təsərrüfat otağından və akt zalından ibarətdir.

Prezident İlham Əliyev yaradılmış şəraitdən razılığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə