Politoloq: “Helikopter Azərbaycan sərhədini hər dəfə pozur”

Politoloq: “Helikopter Azərbaycan sərhədini hər dəfə pozur”

“Ermənistan prezidenti Serj Sərkisyan Dağlıq Qarabağa helikoterlə gəlib-gedir. Həmin helikopter Azərbaycan sərhədini hər dəfə pozur. Sərhəd pozucusu ilə necə rəftar edirlər? Bəli hava məkanını icazəsiz və mütəmadi pozan təyyarəni və helikopteri vururlar. Bəs belə isə Sərkisyanın helikopterini də vurmaq olarmı? Olar!”

SİA-nın verdiyi məlumata görə, bunu açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, ancaq bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi bu səpgili açıqlama yayınlamalıdır: “Azərbaycan hava məkanını pozanlara qarşı tədbirlər sərtləşəcək. Hərbi təyyarələrimiz Qarabağ və işğal altındakı digər torpaqlar da daxil olmaqla ölkənin hava məkanı üzərindəki nəzarəti gücləndirir. Bundan sonrasına görə məsuliyyət hava sərhədini pozanların üzərində olacaq. Torpaq işğal altındadır, hava məkanı ki, işğal olunmayıb?! Kimsə bizə Qarabağ səmasını nəzarət altına almağa mane ola bilməz! Müxtəlif ölkələrdən alınan hərbi təyyarələrimizin uçuşlarının intensivləşdirilməsinə ehtiyac var”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə