“Vaşinqton Post”da Həzrəti Məhəmmədin karikatura qalmaqalı

“Vaşinqton Post”da Həzrəti Məhəmmədin karikatura qalmaqalı

ABŞ-ın nüfuzlu qəzetlərindən "Vaşinqton Post"un islam peyğəmbəri Həzrəti Məhəmmədlə əlaqədar bir karikaturanı nümayiş etdirməməsi oxuyucuların, həm və qəzet ombudsmanının kəskin reaksiyasına səbəb olub. SİA-nın məlumatına görə, aralarında "Vaşinqton Post"un da olduğu 800 qəzetlə əməkdaşlıq edən karikaturaçı Viley Millər "Məhəmməd harada?" başlıqlı bir karikatura çəkib.

 

"Valdo harada?" adlı uşaq kitabına göndərilən karikaturada, bir parkda gəzən çoxlu sayda insan və heyvanlar görünür. "Valdo harada?" kitabında oxuculardan, onlarla insanın olduğu bir şəkildə kitabın qəhrəmanı Valdonu tapmaları istənildiyi halda, Millerin karikaturasında Həzrəti Məhəmmədin şəkili tapılmır.

 

"Vaşinqton Post" içində Həzrəti Məhəmmədin təsviri olmadığı üçün bu karikaturanı nəşr etməmə qərarı oxuyucular tərəfindən tənqid olunaraq qəzet senzuraçılıqda günahlandırılıb. Amerika-İslam Əlaqələri Şurasının səlahiyyətliləri də karikaturada özlərini narahat edəcək bir məqam görə bilmədiklərini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə