Macarıstanın Ajka şəhərindəki alüminium fabrikindən sızan zəhərli palçığı dayandırmaq üçün tikilən 620 metr uzunluğunda və 2,75 metr yüksəkliyindəki divar tamamlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, təxminən 1 milyon kubmetr qırmızı palçığın olduğu anbarın şimal divarında yaranan dəliklər palçığın yenidən bölgəyə yayılma riskini gündəmə gətirmişdi. Buna görə də fabrikin qarşısına bir başqa divar çəkmək üçün üç gün əvvəl işə başlanılmışdi. Fabrikin dəliklərlə dolu divarın yıxılması halında belə böyük bir təhlükənin ortaya çıxmayacağını ifadə edən səlahiyyətlilər boşaldılan Kolontar kəndindəki insanların cümə günündən əvvəl evlərinə dönə bilməyəcəyini bildiriblər.
Macarıstan parlamenti 4 Oktyabrda baş verən və 8 adamın ölümü, təxminən 200 adamın da yaralanması ilə nəticələnən faciədən sonra prezident Pal Smittin təlimatı ilə hərəkətə keçib. Parlament səsvermə ilə "MAL" firmasına məxsus Alüminium İstehsal və Ticarət Şirkətini milliləşdirib. Baş nazir Viktor Orbanın mətbuat katibi Peter Szijarto dövlətin nəzarətinə keçən şirkətin rəhbərliyinə Georgi Bakondinin təyin edildiyini açıqlayıb. Mətbuat xidmətinin rəhbəri Bakondinin başlıca vəzifəsinin zəhərli tullantının ətrafa verdiyi zərəri aradan qaldırmaq, zərərçəkənlər üçün təzminat məsələləri ilə məşğul olmaq və belə bir faciənin təkrarlanmaması üçün tədbirlərin görülməsinin olacağını deyib. Təhlükəsizlik tədbirlərinin görüldüyü bir vaxtda zəhərli tullantıların Qaradənizə Tuna çayı ilə axması təhlükəsi yaranıb.
Xatırladaq ki, oktyabr ayının 4-də alüminium istehsalı ilə məşğul olan, paytaxt Budapeştdən 160 km aralıda yerləşən "Ajkai Timfoldgyar Zrt" zavodunda qırmızı şlam adlanan zəhərli tullantılar olan anbar dağılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB