"Vasitəçilərin arxayınlığı DQ probleminin həllini uzadır" AÇIQLAMA

"Vasitəçilərin arxayınlığı DQ probleminin həllini uzadır" AÇIQLAMA

“ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan yeganə format olsa da, vasitəçilərin fəaliyyətində hər hansı dəyişikliyin olacağına inanmıram”. Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

“Şərq Tərəfdaşlığı” sammitinin yekun bəyənnaməsində ATƏT-in Minsk qrupunun adının çəkilmədiyini xatırladan deputat bildirib ki, bu, vaisəçilər üçün bir xəbərdarlıq mesajıdır.

Onun sözlərinə görə, bəyənatda ATƏT-in MQ-nun adının çəkilməməsi, onların problemin həllində fəallıq nümayiş etdirməsinə hesablanıb: “ Həmsədrlər öz fəaliyyətlərində ərazi bütövlüyü ilə bağlı sənədlərə istinad etməli, onları nəzərə almalıdırlar. Bu cür sənədlər Azərbaycanın xeyrinədir. Əgər vasitəçilər onlardan istifadə etsələr o zaman problemin həlli ilə bağlı fəaliyyətlərində müəyyən dəyişiklik ola bilər”.

İ. Vəlizadə söyləyib ki, ATƏT-in MQ-da olan arxayınçılıq onların fəaliyyətlərindəki məhsuldarlığı azaldır: “Vasitəçilər arxayındır ki, bu format dəyişməyəcək. Belə olan halda, onların problemin həlli istiqamətindəki fəaliyyətlərinin məhsuldarlığı aşağı düşür. Bunun nəticəsidir ki, 25 il müddətində həmsədrlər münaqişənin həlli ilə bağlı ciddi nəticə əldə edə bilmirlər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə