Spiker: "2011-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi səngiməkdə olan maliyyə böhranı nəzərə alınaraq hazırlanıb"-MÜZAKİRƏ

Spiker: "2011-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi səngiməkdə olan maliyyə böhranı nəzərə alınaraq hazırlanıb"-MÜZAKİRƏ
Bu gün Milli Məclisin payız sessiyasının plenar iclası öz işinə başlayıb. SİA-nın məlumatına görə, iclası giriş sözü ilə açan spiker Oqtay Əsədov dövlət büdcəsi layihəsi haqqında məlumat verib. O bildirib ki, "2011-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsi səngiməkdə olan maliyyə böhranı, baş verən iqtisadi canlanma nəzərə alınaraq hazırlanıb.
"Bu gün əminliklə söyləmək olar ki, dünyada baş verən iqtisadi böhran Azərbaycana cüzi şəkildə təsir edib. Ölkəmizdə qeyri-neft sektoru 3 dəfə artıb. 2011- ci ilin dövlət büdcə gəlirləri 12 milyard 61 milyon manat həcmində nəzərdə tutulur. Bu da cari illə müqayisədə 5 faiz artıqdır. Büdcəyə daxil olmaların 68 faizi qeyri-neft sektorunun payına düşür. Bundan əlavə gələn ilin büdcəsində neftin bir barel qiyməti 60 dollar götürülüb. 2011-ci ilin büdcəsinin sosail və investisiya yönümlülüyü gözlənəcək. 2011-ci ilin büdcəsinin gəlir və xərclərində 4-5 faiz artım müşahidə olunur. Artıq ildən ilə ölkəmizdə büdcə praktikası təkmilləşir".
İclas davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə