Türkiyənin Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib

Türkiyənin Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib

Türkiyənin Azərbaycandakı səfirliyində dövlət bayrağı yarıya qədər endirilib. Bunu Türkiyənin Azərbaycandakı səfirliyi SİA-ya bildirib.

Xatırladaq ki, Misirdə məsciddə törədilən terror aktı ilə əlaqədar Türkiyə hökuməti 27 noyabrı matəm günü elan edib. Noyabrın 24-də Misirin Sinay yarımadasında terrorçuların məscidə hücumu nəticəsində 305 nəfər ölüb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə