“Misirdə baş verən terror hadisəsində həyatını itirənlərə Allahdan rəhmət diləyirik. Bu necə müsəlmançılıqdır?! Bu necə insanlıqdan kənar hadisədir?” SİA-nın verdiyi məlumata görə, bunu Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov Misirdə baş verən terror hadisəsi ilə bağlı açıqlama verərkən deyib.
"Dində buyrulur ki, günahsız insan öldürmək haramdır, amma 235 nəfər günahsız vəhşicəsinə qətl edilir. Ümumiyyətlə heç bir səmavi dində terror anlayışı yoxdur. Bəs onda nədir bu olanlar?! Çox maraqlıdır ki, bu hadisələr ancaq müsəlman ölkələrində olur. Fikrimcə, baş verən bu cür hadisələr cahilliyin və savadsızlığın nəticəsidir. Belə halların qarşısını almaq üçün müsəlman gəncləri daha elmli və savadlı olmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB