Prezident Şərq Tərəfdaşlığı Sammitində iştirak edib YENİLƏNƏCƏK

Prezident Şərq Tərəfdaşlığı Sammitində iştirak edib YENİLƏNƏCƏK

Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə noyabrın 24-də Şərq Tərəfdaşlığı Sammitində iştirak edib.

Dövlətimizin başçısı Şərq Tərəfdaşlığı Sammitinin plenar sessiyasında iştirak etmək üçün Avropa İttifaqının binasına gəldi.

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker və Avropa İttifaqına sədrlik edən Estoniyanın Baş naziri Yuri Ratas dövlətimizin başçısını salamladılar.

Sonra birgə foto çəkdirildi.

Bütün xəbərlər Facebook səhifəmizdə