“Daşnaksutyun” partiyasının üzvü: “Mübariz İbrahimovun meyiti neytral zonadadır və Azərbaycan onu götürə bilər” - AÇIQLAMA

“Daşnaksutyun” partiyasının üzvü: “Mübariz İbrahimovun meyiti neytral zonadadır və Azərbaycan onu götürə bilər” - AÇIQLAMA

Azərbaycanın şəhid olmuş hərbçisi, Milli Qəhrəman Mübariz İbrahimovun meyiti "yaşıl xətt" deyilən ərazidədir. SİA-nın xəbərinə görə, bunu Bakıda səfərdə olan Erməni İnqilabi Federasiyası - "Daşnaksutyun"un siyasi məsələlər üzrə ofisinin, "Ay-Dat"ın (Erməni məsələsi) mərkəzi ofisinin rəhbəri Kiro Manoyan jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Milli Qəhrəman Mübariz İbrahimovun meyiti Ermənistan ərazisində deyil: "Meyit "yaşıl zonada"dır. "Yaşıl zona" da Ermənistan ərazisində yerləşmir. Əgər belə olmasaydı Ermənistan meyidi qaytarmış olardı. Deməli, meyit Qarabağ ərazisində deyil, neytral zonadadır və Azərbaycan onu götürə bilər".

 

K.Manoyan meyitin götürülməsi üçün təhlükəsizliyə təminat olub-olmaması barədə suala cavabında bunun Beynəlxalq Qızıl Xaç Komitəsinin səlahiyyətinə aid olduğunu deyib: "Bu Beynəlxalq Qızıl Xaç Komitəsinin üzərinə düşür. Konkret bu halda onlar öz funksiyalarını yerinə yetirmirlər. Düşünürəm ki, BQXK öz missiyasını yaxşı yerinə yetirməyib".

Bütün xəbərlər Facebook səhifəmizdə