Ermənistan Avropa İttifaqına görə böyük bədəl ödəyəcək! SİYASİ RAKURS

Ermənistan Avropa İttifaqına görə böyük bədəl ödəyəcək! SİYASİ RAKURS

Aleksandr Proxonov: “Hazırda davam edən danışıqlar bizim intellektual elita tərəfindən xainlik kimi, erməni elitasının Rusiyaya qarşı xainliyi kimi qiymətləndirə bilər”

“Ermənistanın Rusiyaya xəyanətləri hər zaman olub”. SİA xəbər verir ki, bu fikirləri tanınmış publisist, Rusiya Yazıçılar Birliyi katibliyinin üzvü, “Zavtra” qəzetinin baş redaktoru, Rusiya Federasiyası Müdafiə Nazirliyi yanında İctimai Şurasının sədr müavini, politoloq Aleksandr Proxonov Ermənistanın Avropa İttifaqına assosiativ üzvlüyünə tərəf atacağı addımı şərh edərkən deyib.

Belə ki, Ermənistan və Avropa İttifaqı Avropa İttifaqı (Aİ) rəhbərlərinin tərəflər arasında hərtərəfli və genişmiqyaslı sazişin imzalanmasını dair danışqılardan söz açan yazıçı qeyd edib ki, bu kimi faktlar Rusiyanı narahat etməyə bilməz. SİTAT: “Aİ bir çox hallarda Rusiya və Avropa münasibətlərdə konfrontasiya yaradan güc olaraq meydana çıxır. Məhz Aİ, onun neqativ və hətta pis fikirli rolu Donbasdakı qanlı münaqişəyə səbəb olub. Məhz Aİ-nin Ukraynanın siyasi, iqtisadi və mədəni həyatını özünə bağlamaq istəyi son nəticədə bu dəhşətli qanlı böhranla nəticələndi. Biz Aİ-nin Belarus Respublikasına uzun müddət davam edən təzyiqini də unuda bilmərik. Biz Aİ-nin NATO-nun kölgəsi rolunu oynaması rolunu unuda bilmərik. Ona görə də Birləşmiş Avropa, Aİ qismində daha bir oyunçunun Dağlıq Qarabağ bölgəsinə gəlməsi bizim fikrimizcə, sabitliyi pozan amildir. Ona görə də hazırda davam edən danışıqlar bizim intellektual elita tərəfindən xainlik kimi, erməni elitasının Rusiyaya qarşı xainliyi kimi qiymətləndirə bilər”.

Rusiya Azərbaycanla sıx münasibətlərə kifayət qədər böyük əhəmiyyət verir

Maraqli məqamlardan biri də budur ki, rusiyalı publisist-politoloq Ermənistanın xəyanətkar addımlarına şərh verərkən, Azərbaycanı hər zaman öz vədinə sadiq və qətiyyətli tərəfdaş kimi gördüyünü vurğulayıb. Misal üçün, Proxonov bəyan edib ki, Rusiya bu gün Azərbaycan dövlətinin formalaşmasına böyük simpatiya ilə yanaşır: “Biz Azərbaycanın böyük hərc-mərcliklərə qalib gəlməsinə, Azərbaycan dövlətinin humanizm, beynəlmiləl əsasında qurulmasına, burada rusofobiya tendensiyasının olmamasına görə çox şadıq. Biz həm də şadıq ki, rus dili və Azərbaycanda rus icması özünü depressiyada hiss etmir. Azərbaycan beynəlxalq arenada özünü, nüfuzunu hər dəfə daha aktiv formadan nümayiş etdirir.

Rəsmi Bakının regional və daha böyük məcrada münasibətlər qurması mühüm olaraq qiymətləndirilir

Yeri gəlmişkən, Azərbaycanın son illər nəhəng layihələrə imza atması, bütün qonşuları ilə, hətta regiondan kənar ölkələrlə münasibətlərini yüksək səviyyədə qurması diqqətdən kənarda qalmayıb. Bu baxımdan, rəsmi Bakının Türkiyə və İranla çox gözəl münasibətlərinin olduğunu deyən politoloq bildirib ki, belə olan məqamda Azərbaycanla Rusiyanın əhəmiyyətindən bəhs edib: “Azərbaycan Rusiya ilə bu ölkələrin münasibətləri pisləşəndə, bu münasibətlər bizim istədiyimizdən də aşağı sürətlə irəlilədikdə olduqca əhəmiyyətli və faydalı ölkədir. Ona görə də Qarabağda sülh məsələsi, Ermənistan və Azərbaycan arasında əlaqələr və münasibətlərin qurulması məsələsi bizim üçün prioritetdir”.

Onu da qeyd edək ki, son vaxtlar Rusiyanın aparıcı media qurumları və mətbuatı Ermənistana qarşı ciddi ittihamlar qaldırmaqdadırlar və bu amilin səbəblərindən biri də işğalçı ölkənin Aİ-yə assosiativ üzv yazılması istiqamətində müsbət qərarlar verməsidir. Bu baxımdan, Ermənistan hakimiyyətinin mövcud qərarı Rusiya ictimai-siyasi cameəsində xəyanətkar addım olaraq qiymətləndirilməkdədir. Hətta ermənilərin buna görə çox böyük bədəl ödəyəcəklərini də istisna etmək olamz.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə