Noyabrın 16-da Milli Məclisdə “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması sistemi: milli qanunvericilik və beynəlxalq hüquq” mövzusunda toplantı keçirilir. SİA-nın məlumatına görə, toplantıda “Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında” qanun layihəsinin son ictimai müzakirəsi keçirilir.
Milli Məclisin insan hüquqları komitəsinin, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və “Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən toplantıda vətəndaş cəmiyyəti institutlarının nümayəndələri də iştirak edirlər.
Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova bildirib ki, layihənin müəllifi “Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyidir. O, layihənin hazırlanmasında dünya ölkələrinin təcrübəsindən, beynəlxalq hüququn prinsiplərindən, eləcə də Respublika Hərbi Prokurorluğunun məlumatlarından istifadə olunduğunu deyib. Qeyd edib ki, qanun layihəsinin hazırlanmasında məqsəd nəinki Azərbaycanda, bütün dünyada beynəlxalq cinayət törədənlərə qarşı qanunun bütün gücündən istifadə etmək və beynəlxalq prinsiplərin tətbiq edilməsinə dəstək vermək, beynəlxalq cinayətlərin qarşısının alınmasına töhfə verməkdir. Layihənin ötən müzakirələri zamanı irəli sürülən təkliflər dəyərləndirilib və nəzərə alınıb. Biz artıq məsələnin yekunlaşmasına doğru səmərəli iş görmüşük.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB