İrandan narkotik vasitələr hava vasitəsi ilə Dubay-Ermənistan-Kişi-Doxu-Kolombo marşurutu ilə Malaziyaya gətirilir". SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu Malaziyanın daxili işlər naziri Abu Seman Yusif bildirib. O, qeyd edib ki, Malaziyada qısa müddət ərzində narkobizneslə məşğul olan iran vətəndaşlarının sayı durmadan artır.
Belə ki, ötən il ərzində qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olan 16 İran vətəndaşı tutulmuşdusa, cari ilin 5 oktyabra qədər bu rəqəm 168-ə çatıb.
Eyni zamanda Malaziyanın Daxili İşlər Naziri Abu Seman Yusif 5 günlük İrana rəsmi səfəri zamanı məlum vəziyyətlə bağlı öz narahatçılığını İran hökümətinə çatdırıb. Abu Seman Yusif keçirdiyi mətbuat konfransında hazırkı vəziyyəti stabilləşdirmək üçün iki ölkənin güc strukturları arasında razılaşmanın əldə olunduğunu diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB