"Dünya yumurta günü" Türkiyənin paytaxtı Ankarada bişirilən qayğanaq böyüklüyünə görə "Rekord kitabı"na düşüb. SİA-nın "Habertürk" saytına istinadən verdiyi xəbərə görə, qayğanaq "Yum-Bir"in təşkilatçılığı ilə "Cepa" ticarət mərkəzinin qarşısında diametri 10 metr olan tavada bişirilib. Qayğanağı 65 aşpaz 110 010 ədəd yumurtadan istifadə edərək 2.5 saata bişirib. Yumurtanı bişirmək üçün tavanın altında hər biri 40 kq olan 13 balon qazı yandırılıb.
Bişirmə əməliyyatı başa çatdıqdan sonra "Ginnes"in rəsmi nümayəndəsi Carim Valerio bu qayğanağın ağırlığına (4 400 kq) görə dünya rekordu olduğunu təsdiqləyib.
Qeyd edək ki, "Yum-Bir"in sədri ticarət mərkəzinə gələn müştərilərin qayğanağa qonaq ediləcəyini, qalan yeməyin isə bəzi qurum və təşkilatlara paylanacağını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB