Rusiya XİN: "Həmsədrlər Elmar Məmmədyarov və Edvard Nalbandyanın görüşünü təşkil edəcəklər"

Rusiya XİN: "Həmsədrlər Elmar Məmmədyarov və Edvard Nalbandyanın görüşünü təşkil edəcəklər"

ATƏT-in Minsk qrupunun həmsədrləri bu ilin sonunadək Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın görüşünü təşkil edəcəklər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə məlumat verib. Rusiya XİN-in rəsmisi Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Cenevrə sammitinin yekunlarına dair ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu ilin sonunadək Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyi planlaşdırdığını bildirib. M.Zaxarova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar digər görüşlərin də keçirilə biləcəyini istisna etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə