Millət vəkili: “Prezidentlərin görüşündə Dağlıq Qarabağ məsələsinə toxunulacaq” MÜNASİBƏT

Millət vəkili: “Prezidentlərin görüşündə Dağlıq Qarabağ məsələsinə toxunulacaq” MÜNASİBƏT

“Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Rusiyaya səfərinin vaxtı dəqiqləşib. O noyabrın 13-də Vladimir Putinlə görüşəcək. Düzdür, danışıqlarda əsas mövzu Suriya və ikitərəfli əlaqələr olacaq”. SİA-nın verdiyi məlumata görə, bu barədə millət vəkili Sahib Alıyev deyib.

Onun sözlərinə görə, görüşdə Dağlıq Qarabağ məsələsinə də toxunulacağı gözlənilir: “Xatırladaq ki, bu görüş öncəsi Azərrbaycan Prezidenti cənab İlham Əliyevin həm Ərdoğan, həm də Putinlə təkbətək görüşləri olub. Türkiyə Prezidentinin Rusiyaya səfəri başa çatar-çatmaz isə forpostbaşı Serj Sərkisyan orada peyda olmağı planlaşdırır.

Baxaq görək nə olacaq.

Hər halda Türkiyə, İran və Rusiyanın Suriyadakı birgə çalışmaları onu göstərdi ki, region dövlətləri öz aralarında razılığa gəlib bölgədəki hansısa bir problemi çözmək istəyəndə çözürlər. Bundan da ilk növbədə udan özləri olur.

Dağlıq Qarabağ probleminin də həllində bu 3 böyük dövlət əvəzsiz töhfə verə bilərlər. Əgər istəsələr təbii ki. Türkiyə bunu istəyir və istəyi də göz önündədir. Ermənistan üzərində iki ən güclü təsiri olan dövlət -Rusiya və İrana gəldikdə isə burası dəqiqdir, bu problemin həllinin uzadılmasından indi də olmasa, heç uzaq da yox, orta perspektivdə onlar da zərər görəcək, həm də çox”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə