Lavrov ATƏT-in Baş katibi ilə münaqişələrin həllini müzakirə edəcək
Rusiyanın Xarici işlər naziri Serqey Lavrov ATƏT-in baş katibi Tomas Qremingerlə dünyada mövcud münaqişələrin həllində konkret vəzifələri müzakirə edəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın XİN başçısı özü deyib. Lavrov, Baş katiblə mövcud münaqişələrin həlli üçün hansı xüsusi vəzifələrin olduğunu və Rusiyanın onların həllinə necə kömək edə biləcəyini müzakirə edəcəklərini də qeyd edib.
Qeyd edək ki, Tomas cari ilin iyul ayında ATƏT-in BAş katibi vəzifəsinə seçilib. Rusiya XİN başçısının ATƏT-in yeni baş katibi ilə son görüşü cari ilin sentyabr ayında Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində baş tutub.
Tomasla danışıqlardan öncə Lavrov Rusiya tərəfinin onun baş katib vəzifəsinin icrası ilə bağlı planlarını alqışladığını bəyan etmişdi: "Rusiya tərəfi bütün məsələlərdə ön şərtlər olmadan açıq, bərabərhüquqlu dialoq qurmaq mövqeyinizi xüsusi dəstəkləyir"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB