Hulusi Kılıç: "Türkiyə baş nazirinin Azərbaycana səfərinin dəqiq tarixi məlum deyil"

Hulusi Kılıç: "Türkiyə baş nazirinin Azərbaycana səfərinin dəqiq tarixi məlum deyil"
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli strateji əməkdaşlıq şurasının toplantısı ilə əlaqədar Azərbaycana səfər edəcək. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç məlumat verib. O bildirib ki, səfərin vaxtı hələ ki bəlli deyil. Səfirin sözlərinə görə, səfər bu ilin dekabrı və ya gələn ilin əvvəlində ola bilər. O qeyd edib ki, bura bizlərin ikinci vətənidir və baş nazir Azərbaycana istədiyi zaman gələ bilər.

"Səfər çərçivəsində zamanı bır sıra sənədlər imzalanacaq. Hazırda həmin sənədlər hazırlanır. İndidən bununla bağlı bir şey söyləmək olmaz", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə