Belarusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Axramoviç Qennadiy Lənkəran şəhərinə tanışlıq səfəri edib. Lənkəran İH-dən SİA-ya verilən məlumata görə, səfər proqramı çərçivəsində səfir bu gün icra başçısı Taleh Qaraşovla görüşüb. Qəbul zamanı səfirə Lənkəran rayonunun tarixi, coğrafi mövqeyi, sosial-iqtisadi və mədəni həyatı barədə geniş məlumat verilib.
Səfir görüşdən sonra Lənkəranla yaxından tanış olmaq üçün şəhərin görməli yerlərində - Heydər Əliyev Xatirə Parkında, Həzi Aslanov Parkında olub, Azərbaycanlıların Soyqırımı abidəsinə baş çəkib, Hallabong sitrus bağında təsərrüfatla və Hirkan Milli parkında fauna və flora ilə maraqlanıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB