"Rusiyanın Xəzərin hüquqi statusu məsələsi ilə bağlı xarici işlər nazirləri səviyyəsində Moskvada görüş keçirilməsi barədə çox yaxşı təklif var. Mən Rusiya tərəfindən rəsmi dəvət almışam, hazırda vaxt dəqiqləşdirilir. Görüş bu il keçiriləcək". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
E.Məmmədyarov deyib ki, gələn il Qazaxıstanda Xəzəryanı dövlətlərin sammiti keçiriləcək: "Xəzərin hüquqi statusu ilə bağlı bəzi məsələlər həllini tapmalıdır. Bu istiqamətdə irəliləyişlər var".
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB