Yaxud, cinsi azlıqları müdafiə edən ermənipərəst medialar yenə AXCP sədrinin arxasında
AXCP sədri Əli Kərimlinin keçirdiyi sonuncu rüsvayçı mitinqdən sonra o növbəti mitinqin vaxtını elan etmədi. Bu, ilk növbədə belə qənaətə gəlməyə zəmin yaradır ki, artıq onun özü də bundan sonra heç vaxt ictimai dəstək ala bilməyəcəyini, o cümlədən, mitinqlərin, aksiyaların keçirilməsi üçün sosial sifarişin olmadığını anlayır. Sadəcə, Azərbaycanda mövcud olan sabitliyi pozmaqda maraqlı olan xarici qüvvələrin əmrlərini canfəşanlıqla icra etməyə çalışan AXCP sədri bir neçə mitinq keçirməklə, həmin qüvvələrin gözündən pərdə asdı, lakin digər tərəfdən maddi gəlirini artırmış oldu. Yəni mitinqinə “müxalifətçi” arayışı almaqdan ötrü qoşulan şəxslərin “siyasi mühacir” adını almalarından ötrü biznes mühitini necə deyərlər, inkişaf etdirmiş oldu.
"Newsheadline.press" LGBT adlı cinsi azlıq hərəkatına aşkar dəstək verən bloqdur
Lakin ortada digər ilginc nüanslar da var. Məsələ ondadır ki, Ə.Kərimli “Milli Şura”nın mitinqindən sonra iddia etməyə başladı ki, guya onun keçirdiyi aksiya xarici media qurumlarında işıqlandırılıb. Hətta sosial media vasitəsi ilə həmin media qurumlarının linklərini də paylaşan AXCP sədri guya bununla hər hansı “sübutu” göstərməyə çalışıb. Ancaq onun bu iddiasının ardınca bəlli oldu ki, həmin media qurumları heç də ictimai-siyasi məsələləri şərh edən, bu ətrafda informasiya yayan mətbuat nümayəndəlikləri deyil, onların əksəriyyəti cinsi azlıqlara məxsus olan LGBT təşkilatlarının xəbər bloqlarıdır. Misal üçün, həmin linklərdən biri "wordpress"də təşkil edilən "newsheadline.press" bloqudur. Bu bloq isə LGBT-yə dəstək verməklə yanaşı, bilavasitə erməni lobbisinin əli ilə də maliyyələşdirilir.
Ümumiyyətlə, adıçəkilən bloqda dərc olunan xəbərlərin böyük əksəriyyəti transmilli informasiya resurslarından paylanan informasiyalardan ibarətdir. Eləcə də "newsheadline.press"də gedən yazılardan biri də belə bir başlıqla ictimailəşdirilib – “Azərbaycanda LGBT üzvlərinə “divan tutulur”” (?!-R.N.)
Beləliklə, fakt budur ki, AXCP sədrinin bəh-bəhlə “dünya mediası bizim mitinqimizdən yazır” deyib, paylaşdığı linklərin hər biri birbaşa erməni lobbisinin maliyyə dəstəyi ilə işıq üzü görən informasiya qurumlarıdır və bu qurumların əksəriyyəti LGBT adlı cinsi azlıq hərəkatlarına dəstək göstərirlər. Bu baxımdan, Ə.Kərimlinin şəstlə təqdim etdiyi linklər artıq özü-özlüyündə onun hansı dairələrlə iş birliyində olduğunu yetərincə isbatlamış olur.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB