Ermənistan Silahlı Qüvvələri Azərbaycanın mövqelərini atəşə tutub

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın mövqelərini atəşə tutub

Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 5-də saat 10.30-dan 10.40-dək və 14.30-dan 14.35-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 19.10-dan 19.25-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə