Qaçan məhbuslardan biri tutulub

26 oktyabr 2017-ci il tarixdə Penitensiar xidmət tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23.10.2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçıb, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış AR Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır.

SİA-nın verdiyi xəbərə görə, bu barədə Penitensiar xidmətin yaydığı məlumatda bildirilib.

Digər təqsirləndirilən şəxs Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə