“İşığın yeganə şüası”

"İrəli" İctimai Birliyinin baş qərargahında Hindistanın Azərbaycandakı səfirliyinin və Hindistan-Azərbaycan Assosiasiyasının dəstəyi ilə "Hindistan- Gələcək" dəyişiklik kampaniyası çərçivəsində keçirilən "İşığın yeganə şüası" adlı seminar keçirilib. Birlikdən SİA-ya verilən məlumata görə, tədbir Hindistan mədəniyyətinə və Hindistan xalqının lideri Mahatma Qandinin doğum gününə həsr olunub.

Seminarda iştirak edən Hindistanın Azərbaycandakı səfiri Debnath Shav Azərbaycan gənclərinə Hindistan mədəniyyətinə və tarixinə göstərdikləri marağa görə təşəkkürünü bildirib. Səfir açılış nitqində Mahatma Qandinin məşhur fikirlərindən sitatlar gətirib. Daha sonra iştirakçılar Hindistan mədəniyyətinə həsr olunmuş təqdimata və Mahatma Qandinin həyatına həsr olunmuş filmə baxıblar.

Qeyd edək ki, seminarın əsas məqsədi Hindistan mədəniyyəti haqqında gəncləri məlumatlandırmaq və mədəniyyətlərarası anlaşmanı təbliğ etməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə