Səbuhi Abbasov: “Smitin pulu kəsilsə o birinci erməniləri “vuracaq” AÇIQLAMA

Səbuhi Abbasov: “Smitin pulu kəsilsə o birinci erməniləri “vuracaq” AÇIQLAMA

"Mən son beş ildə ABŞ-da baş tutan dinləmələrin demək olar ki, əksəriyyətini sona qədər izləmişəm. Qabaqlar ABŞ-ın Azərbaycanda keçmiş səfiri Riçard Kozlariçin dinləmələri daha intensiv olurdu. Orada Azərbaycanla bağlı ancaq mühacirətdə olan insanları dəfət edirdi və özü öz aləmində ölkəmizi biabır etməyə çalışırdı. Bu məsələnin bir tərəfi idi". Bunu SİA-ya açıqlamasında internet-media eksperti Səbuhi Abbasov deyib.

Onun sözlərinə görə, əslində ABŞ-da güclü erməni lobbisinin olduğunu hər birimiz gözəl bilirik: "ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen Kristofer Smitin son dönəm fəaliyyətində isə erməni izi gizli deyil. Onun rəsmi səhifəsinə daxil olsaq müxtəlif erməni təşkilatları ilə əməkdaşlıq etdiyini açıq-aydın görə bilərik. Bu mənada ABŞ-da özünü ciddi siyasətçi hesab edən şəxs Smiti ciddiyə almır. Yaxın Şərqdə son 10 ildə baş verən proseslər onu göstərdi ki, ABŞ-ın vəd etdiyi demokratiya əslində xalqlara azadlıq vermir, onu köləyə çevirir və tədricən dünya tarixinin arxivinə çevirir. Bu bir reallıqdır. Yəni sabah Smitin pulu kəsilsə o birinci elə erməniləri "vuracaq". Buna əmin olun".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə