Türkiyə Parlamentinin bir qrup əməkdaşı ölkəmizə səfərə gəlib

Türkiyə Parlamentinin bir qrup əməkdaşı ölkəmizə səfərə gəlib
Türkiyə Parlamentinin beynəlxalq əlaqələr və protokol, qanunvericilik, mətbuatla iş, daimi komitələrlə iş, beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbələrinin müdir və müavinlərdən ibarət 8 nəfərlik qrup Azərbaycana səfərə gəlib. Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Milli Məclisin dəvəti ilə baş tutan səfər çərçivəsində qonaqlar Milli Məclisin beynəlxalq əlaqələr, sosial qanunvericilik, iqtisadi qanunvericilik, mətbuat katibliyi, komitə və komissiyalar ilə iş, informasiya resursları və texnologiyaları şöbəsində təcrübə mübadiləsi keçəcək, seminarlarda iştirak edəcək və Milli Məclisin fəaliyyəti ilə yaxından tanış olacaq.

Həmçinin qonaqlar TürkPA Beynəlxalq katibliyinin ofisində olacaq və TürkPA-nın fəaliyyəti ilə bağlı keçiriləcək seminarda iştirak edəcəklər. Bununla yanaşı Türkiyə Parlamentinin nümayəndə heyəti Azərbaycanın tarixi, mədəniyyət abidələri və bölgələri ilə tanış olmaq məqsədi ilə Şəki şəhərinə səfər edəcəklər. Proqram çərçivəsində TürkPA adından lahiyə koordinatorluğu vəzifəsini TürkPA Baş katibinin müavini cənab Kürşat Melih Sarıarslan keçirəcək. Proqramın sonunda mübadilə proqramında iştirak edən qonaqlara Azərbaycan Milli Məclisi Aparatının rəhbəri cənab Səfa Mirzəyev tərəfindən "İştirak sertifikatları" təqdim ediləcək.

Səfər oktyabrın 10-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə