Oktyabrın 16-da Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü olacaq. "Report"un verdiyi xəbərə görə, görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə Cenevrədə baş tutacaq.

Prezidentlər İlham Əliyev və Serj Sarksyan həmsədrlərin təklifi əsasında, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə edəcəklər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə