"Türk deputatların Qətnamənin lehinə səs verməsi ciddi şəkildə araşdırılmalıdır" AÇIQLAMA
“Avropa Şurasının Azərbaycana qarşı münasibəti əslində Yaqlandın ölkəmizə münasibətindən qaynaqlanır”. Bu sözləri SİA-ya açıqlamasında QHT sədri Səbuhi Abbasov deyib.
Onun sözlərinə görə, Sorosla yaxın dost olan Yaqland siyasi sifarişlərin icraçısıdır. Son bir həftədə baş verənlər, ölkəmizlə bağlı qəbul edilən qərəzli qətnamələr birmənalı şəkildə sifarişdir.
Türk deputatların Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı tənqidi hesabat üzrə Qətnamənin lehinə səs verməsi ciddi şəkildə araşdırılmalıdır. Görünən odur ki, türk deputatlar hansısa çıxılmaz şərt qarşısında qalaraq lehinə səs veriblər. Bu faktor heç bir halda iki qardaş dövlət arasında olan münasibətlərə xələl gətirməməlidir. Ancaq Azərbaycan tərəfi bunun səbəblərini araşdırmalıdır.
Qeyd edim ki, Azərbaycanın rəsmi şəxsləri, siyasətçiləri, tanınmış ictimai və siyasi xadimləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri heç vaxt Azərbaycanın və Türkiyənin maraqları arasında fərq qoymayıblar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB