"Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında dövlət başçımız İlham Əliyev Dağlıq Qarabağ probleminə toxunarkən danışıqları pozmağa çalışan Ermənistanın öz məqsədlərinə çatmadığını vurğulayıb. Artıq bir neçə dəfədir ki, cənab Prezident bu haqda danışsa da, məlum səbəblərdən çox da detallara varmır". Bu sözləri SİA –ya açıqlamasında millət vəkili Sahib Alıyev deyib.
Onun sözlərinə görə, həmin detallar bunlardır ki, aprel döyüşlərindən sonra Serj Sarkisyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından Azərbaycana qarşı bir sıra addımlar atılmasını tələb edirdi ki, Qazaxıstan və Belarusun etirazıyla qarşılaşdı: "Daha sonra aprel ayında Ermənistan bir neçə günə itirdikləri yüksəklikləri geri alacaqlarını bildirirdi. Lakin, bunun mümkün olmadığını görüb, daha sonra Azərbaycanın azad etdiyi mövqeləri geri verməsə, heç bir danışıqlara getməyəcəklərini bildirdi. Ancaq, bu fikirləri də gerçəkləşmədi. Hayların başqa tələbləri isə aprel döyüşlərinə bənzər olayların təkrarlanmaması üçün ön xətdə nəzarət mexanizmi yaradılması ilə bağlı idi. Bu sonuncu detalı ermənilərin havadarları da açıq şəkildə və təkidlə dəstəkləyirdilər. Ancaq Ermənistan irəli sürdüyü bütün bu tələblərin yerinə yetirilmədiyinə baxmayaraq havadarlarının təkidiylə danışıqlara başlayır. Ona görə ki, həmin havadarları nə qədər çalışsa da, Dağlıq Qarabağın dondurlmuş konfliktə çevirilmədiyini görürlər və belə davam etsə, cəbhədə ötən ilin aprel ayında baş verən hadisələrə bənzər olayların yaşanacağı çox yüksəkdir.
Millət vəkili daha sonra qeyd edib ki, “Bloomberg” agentliyi ötən gün yaydığı bir araşdırma materialında Dağlıq Qarabağı dünyadakı 5 ən qaynar nöqtədən biri, aprel döyüşlərini isə son 23 ilin ən güclü toqquşması kimi dəyərləndirib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB