Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi ilə əlaqədar YAP Tərtər rayon təşkilatının Yuxarı Sarıcalı, Xoruzlu, Kəbirli, Bayandurlu, Köçərli ərazi ilk partiya təşkilatlarında tədbirlər keçirilib. SİA-nın verdiyi məlumata görə, Yuxarı Sarıcalı ərazi ilk partiya təşkilatında keçirilən tədbirdə təşkilatın sədri Yaşar Məhərrəmov, şura üzvü Mehman Babayev, fəal YAP üzvlərindən İlham Əhmədov, Elyana Quliyeva, Asif Məhərrəmov, Xoruzlu ərazi ilk partiya təşkilatının sədri Fazil Əbdüləzimov, şura üzvü Azər Ağayev, partiya fəallarından Arif Nəsirov, Esmira Əsədova, Məzahir Mahmudov, Kəbirli ərazi ilk partiya təşkilatının sədri Azər Yaqublu, partiya fəallarından Emin Mahmudov, Rəhman Məmmədov, Kəbirli ərazi ilk partiya təşkilatının sədri Rəfayıl Eyvazov, YAP fəallarından Aybəniz Məmmədova, Mübariz Əsədov, Sədi Ağalarov, Köçərli ərazi ilk partiya təşkilatının sədri Mübariz Yunisov, şura üzvü Surxay Mirzəyev, partiya fəallarından Rəfiqə Quliyeva, Asəf Məhərrəmov, Nigar Məmmədova çıxış edərək ötən 25 ildə şərəfli yol keçən Yeni Azərbaycan Partiyasının siyasi və iqtisadi uğurlarından söz açıblar.
Çıxış edənlər vurğulayıblar ki, bu gün öz ətrafında 700 mindən çox insanı birləşdirən Yeni Azərbaycan Partiyası, nəinki ölkənin, hətta Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilib.Heç şübhəsiz ki, bu nailiyyətlər Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan sarsılmaz təməlin və bu gün ölkə Prezidenti, partiyamızın Sədri İlham Əliyevin apardığı məqsədyönlü və müdrik siyasət nəticəsində mümkün olub.
Ötən 25 il ərzində ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurların təməlində dayanan, yekdil xalq birliyini özündə ehtiva edən və xalqımızın düşdüyü bəlalardan xilas olmasında göstərdiyi xidmətlərdən başqa böyük siyasi birlik, həmrəylik nümayiş etdirən Yeni Azərbaycan Partiyası hələ uzun illər ərzində Azərbaycan xalqına xidmət göstərəcək güc sahibi və qürur mənbəyi olaraq qalacaqdır.
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB