Azərbaycan tarixinə adını şərəflə yazan, düşmənin xeyli canlı qüvvəsini məhv edən, şəhid, Milli Qəhrəman gizir Mübariz İbrahimovun anası Şamama İbrahimova Beynəlxalq Dədə Qorqud Fondu və "Azərbaycan Dünyası" jurnalı tərəfindən "Mehriban Ana" mükafatına layiq görülüb. Bu barədə SİA-ya Beynəlxalq Dədə Qorqud Fondunun prezidenti və "Azərbaycan Dünyası" jurnalının baş redaktoru Eldar İsmayılov məlumat verib.
E.İsmayılov açıqlamasında Mübarizin qəhrəman və vətənsevər kimi yetişməsində onun anasının böyük rolu olduğunu qeyd edib: "Mən şəxsən onun anasının qarşısında baş əyirəm ki, belə bir türk oğlu böyüdüb. Bu gün Mübarizin qəhrəmanlığı sübut etdi ki, bu millətin mübarizliyi dayanmayıb və düşmənlərımız torpaqlarımızı tamamilə tərk edənədək savaş davam edəcək. Hətta Mübarizin hərəkəti ermənilərə elə bir zərbə vurdu ki, hətta onların daxilində belə parçalanmalara səbəb olub. İndi Ermənistanda bir Mübariz qorxusu var".
A.İsmayılov eyni zamanda fond tərəfindən Mübariz İbrahimovun "Vətən övladı" altun medal ilə təltif edilməsi xəbərini verib. "Hər iki medal ən qısa zamanda Mübarizin ailəsinə təqdim ediləcək", - deyə E.İsmayılov bildirib.
O həmçinin bu günlərdə Ukraynadan səfərdən qayıtdığını və ölkənin ictimai, siyasi xadimləri ilə görüşlər keçirdiyini vurğulayıb: "Bizim Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporunun fəalları ilə də maraqlı görüşlərimiz oldu. Fəaliyyət strategiyamıza uyğun olaraq fond tərəfindən Azərbaycanın dostlarından sayılan Xarkov şəhərinin qubernatoru Mixail Markovic Dubkinin "Dədə Qorqud" mükafatına və Ukraynadakı Azərbaycan diasporunun fəal rəhbərlərindən İqbal Mahmudov "Vətən övladı" medalına layiq görüldülər. Bu barədə xəbər Ukraynanın əksər qəzet və saytlarında verildi. Bundan sonra da Azərbaycanla bağlı xeyirli işlər görən, ölkəmizin haqq səsini dəstəkləyən şəxslər mükafatlara laiq görüləcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB